Logo

Qazaxıstanın keçmiş müdafiə naziri saxlanıldı

Qazaxıstanın keçmiş müdafiə naziri saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov saxlanılıb.

Sfera.az  xəbər verir ki, bu barədə "İnterfaks” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbəti qeyd edib ki, Qazaxıstanın keçmiş müdafiə nazirinə qarşı Cinayət Məcəlləsinin 452-ci (hakimiyyət orqanlarının hərəkətsizliyi) maddəsi ilə cinayət işi açılıb, istintaq başlayıb. O, Nur-Sultandakı müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin daxili işlər nazirinin keçmiş müavini, general-leytenant Ruslan Jaksılıkovu yeni müdafiə naziri təyin edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR