Rusiyadan NATO-ya yeni TƏHDİD: Suriyada ilk dəfə hipersəsli raketlərdən istifadə etdi
Sfera.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın "İzvestiya” qəzeti yayıb. Məlumata görə, MiQ-31K qırıcılarında "Kinjal” hipersəs aeroballistik raketləri ilə atış icra olunub. Bildirilib ki, bu məqsədlə yaradılan alay Aralıq dənizi üzərindən qalxıb və Suriyaya yola düşüb. Alayda olan MiQ-31K ilə birlikdə İl-38 sualtı qayıq əleyhinə təyyarə, İl-78 hava tankeri və Su-35, Su-30SM qırıcıları da iştirak edib.
Rusiya Müdafiə Nazirliyi açıqlama verərək, X-47M2 "Kinjal” hipersəs raketləri yerləşdirilən MiQ-31K qırıcılarının və X-22 səsdən sürətli qanadlı gəmi əleyhinə raketləri olan Tu-22M3 uzaqmənzilli bombardmançı təyyarələrinin, Suriyadakı Xmeymim aviabazasına Rusiya Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizindəki təlimlərində istifadə edilmək üçün göndərildiyini bildirmişdi.
Xatırladaq ki, bu ilin fevralında "American Military Watch” jurnalı məqaləsində Rusiyanın Suriyada "Kinjal” hipersonik raket sistemlərini yerləşdirməsinin Aralıq dənizini NATO üçün bağlaya biləcəyini qeyd edib.
Vasif






