Ermənistanın Hərbi Kəşfiyyat İdarəsinin rəisi vəzifədən azad olundu
Kateqoriya məlum deyil
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, Hərbi Kəşfiyyat İdarəsinin rəisi Araik Arutyunyan tutduğu vəzifədən azad edilib.
Sfera.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, müvafiq əmri prezident səlahiyyətlərini icra edən Alen Simonyan verib. Bildirilir ki, Arutyunyan yeni vəzifəyə təyin olunub. Onun hansı vəzifəyə gətirildiyi hələlik məlum deyil.
Qeyd edək ki, general-mayor Arayik Arutyunyan 2021-ci ilin avqustunda Baş Qərargahın Hərbi Kəşfiyyat İdarəsinin rəisi və Baş Qərargah rəisinin müavini təyin edilib.






