Logo

Ermənistanda Prezident seçkilərinin tarixi məlum oldu

Ermənistanda Prezident seçkilərinin tarixi məlum oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanda prezident seçkilərinin tarixi açıqlanıb.

Sfera.az  xəbər verir ki, hakim Vətəndaş Razılaşması Partiyasının adının açıqlamayan nümayəndəsi "Joquvurd” qəzetinə bildirib ki, seçki martın 3-də baş tutacaq.

Məlumata görə, martın 1-də ölkənin qanunverici orqanı olan Milli Məclisin növbəti sessiyası başlayacaq. İki gün sonra, yəni martın 3-də parlamentdə yeni prezidentin seçilməsi üzrə səsvermə keçiriləcək.

Qeyd edək ki, Ermənistanın sabiq Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. Hakim partiya yüksək texnologiyalar sənayesi naziri, İrəvanın keçmiş meri Vaaqn Xaçatryanın namizədliyini irəli sürüb. Müxalifət hələlik prezidentliyə namizəd irəli sürməyib.

Ermənistan Prezidenti parlamentdə seçilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR