Hansı ölkələr NATO-ya daha çox pul ayırır? – SİYAHI
NATO ölkələri arasında 2021-ci ildə milli gəlirdən müdafiə xərclərinə ən çox pay ayıran ölkə Yunanıstan olub.
Sfera.az xəbər verir ki, NATO-nun 2021-ci il proqnoz məlumatlarına görə, Yunanıstan uzun illərdən sonra milli gəlirdən müdafiəyə ən çox pay ayıran ABŞ-ı geridə qoyub. Afina hökuməti 2021-ci ildə milli gəlirin 3,8 faizini müdafiə xərclərinə ayırıb.
Yunanıstanın son illərdə müdafiəyə ayırdığı pay Şərqi Aralıq dənizində Türkiyə ilə yaşadığı gərginliyə paralel olaraq artır.
İkinci yerdə 3,5 faizlə ABŞ qərarlaşıb. Bu ölkələri 2,8 faizlə Xorvatiya, 2,3 faizlə İngiltərə, Estoniya və Latviya izləyir. Milli gəlirdən müdafiə xərclərinə ən az pay ayıran ölkə 0,6 faizlə Lüksemburqdur. Bu nisbət İspaniyada 1,2 faiz olduğu halda, Belçikada 1,1 faizdir. Türkiyədə milli gəlirin yüzdə 1,6-sı müdafiəyə gedirsə, Almaniyada bu nisbət yüzdə 1,5-dir. ABŞ-ın kəmiyyət baxımından müdafiə xərclərinə təsirinə baxdıqda fərqli mənzərə ortaya çıxır. Bu cədvələ görə, 30 üzvü olan NATO-nun 29 üzvünün ümumi xərcləri ABŞ-ın xərclərinin yarısı belə deyil.
ABŞ-ın 2021-ci il üçün təxmini xərcləri 725 milyard 709 milyon ABŞ dolları təşkil edir. Digər ölkələrin xərci isə cəmi 322 milyard 264 milyondur.
Türkiyə 16 milyard 581 milyard dollarlıq xərclə 30 ölkə arasında 7-ci yerdədir.
(gundem.az)






