Logo

Kreml: “Ukrayna ilə danışıqlar hələlik real görünmür”

Kreml: “Ukrayna ilə danışıqlar hələlik real görünmür”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Kiyev dəfələrlə Moskvaya Rusiya Federasiyası və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etməyi təklif edib. Lakin Rusiya tərəfinin danışıqların gündəliyi ilə bağlı sualı var”.

Sfera.az  TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Kiyev bizim sadə bir sualımıza cavab vermir. Bu görüş niyə, hansı məqsədlə olmalıdır? Deyiririk ki, Donbasdan başqa hansı mövzuda sualınız varsa, verin. Susurlar”, - Kremlin sözçüsü söyləyib.

D.Peskov bildirib ki, Moskva ilə Kiyev arasında ən yüksək səviyyədə təmaslar hələlik real görünmür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR