İtaliya XİN başçısı sabah Moskvaya gedəcək
Kateqoriya məlum deyil
İtaliyanın xarici işlər naziri Luici Di Mayo sabah Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, tərəflər ikitərəfli əlaqələri, həmçinin Ukrayna ətrafındakı vəziyyəti, NATO ilə münasibətləri müzakirə edəcəklər.






