Logo

Yens Stoltenberq Rusiya-Ukrayna sərhədindəki vəziyyəti açıqladı - YENİLƏNİB

Yens Stoltenberq Rusiya-Ukrayna sərhədindəki vəziyyəti açıqladı - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

NATO-nun Baş katibi Yens Stoltenberq növbəti dəfə Rusiyaya xəbərdarlıq edib.

Sfera.az  "TRT Haber”ə istinadən xəbər verir ki, o, rəsmi Moskvaya xəbərdarlıq etməklə yanaşı, Alyansın dialoq tərəfdarı olduğunu söyləyib.

"Amma ən pis ssenariyə də hazırıq. Ukraynanın işğalı Rusiyaya baha başa gələcək. Rusiya ilə doplomatik həll yoluna hazırıq. Lakin rus qoşunlarınn sərhəddən geri çəkildiyini görmürük. Ukraynadakı vəziyyəti yaxından izləyirik”, - Baş katib vurğulayıb.

13:59

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya-Ukrayna sərhədindəki son vəziyyəti açıqlayıb.

Sfera.az  "TRT Haber”ə istinadən xəbər verir ki, o, rəsmi Moskvanın gərginliyin azaldılması istiqamətində hər hansı addım atdığının müşahidə etmədiklərini deyib.

"Əksinə, Rusiyanın Ukrayna sərhədindəki əsgərlərinin sayı artırılır”, - o bildirib.

Qeyd edək ki, son günlər Rusiya qoşunlarının Ukrayna sərhədlərindən geri çəkilməsi barədə xəbərlər yayılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR