Kanadada gəmi qəzaya uğradı, ölənlər var
Kateqoriya məlum deyil
Kanadanın akvatoriyasında "Villa de Pitanxo” adlı gəmi qəzaya uğrayıb, ölənlər var.
Sfera.az ABC-yə istinadən xəbər verir ki, gəminin göyərtəsində 22 nəfər olub.
Məlumata görə, 3 nəfər hipotermik vəziyyətdə xilas edilib. Göyərtədəki ekipaj üzvlərindən 12-si ispaniyalı, digərləri perulu və qanalılardır.
Ölənlərin sayı dəqiq məlum deyil.






