Logo

Rusiya 10 min əsgərini geri çəkir

Rusiya 10 min əsgərini geri çəkir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya minlərlə əsgərinə təlimlər başa çatdıqdan sonra daimi bazalarına qayıtmağı əmr edib.

Sfera.az xəbər verir ki, "İnterfaks” Agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən belə bir məlumat yayıb.

Agentliyin məlumatına əsasən, Rusiyanın qərb və cənub bölgələrindəki hərbi birləşmələrin çərşənbə axşamı günü təlimləri başa vurduqdan sonra daimi bazalarına qayıtmağa başlayacağı bildirilib:

"Fevralın 19-da Rusiya və Belarus birgə təlim keçirəcək və burada əsl sursatdan istifadə olunacaq. Belarusda keçiriləcək təlimləri izləmək üçün xarici ölkələrin hərbi attaşeləri dəvət olunub. Rusiya hərbi hissələrinin və hərbi gəmilərinin böyük bir hissəsi bir müddətdir ki, döyüş təlimləri keçirir. Bildirilir ki, bu gün Krım, Rostov və Kubanda keçirilən təlimlərin başa çatması ilə 10 min əsgər və hərbi texnika daimi hissələrinə qayıtmaq üçün yola düşüb”.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR