Dünya Bankı əməkdaşlarını Ukraynadan çıxarır
Kateqoriya məlum deyil
Dünya Bankı (DB) Ukrayna və Rusiya arasındakı mümkün qarşıdurma fonunda Ukraynadakı əməkdaşlarını təxliyə edir.
Sfera.az xəbər verir ki, bu barədə "Reuters”in əldə etdiyi DB-yə aid xidməti sənəddə qeyd olunub.
"Əməkdaşlarımızın və onların ailələrinin təhlükəsizliyini təmin etmək Dünya Bankı üçün əsas prioritetdir. Təxliyə siyasətimizə uyğun olaraq işçilərin müvəqqəti yerdəyişməsi və gücləndirilmiş təhlükəsizlik tədbirləri gerçəkləşdirilir", - sənəddə bildirilib.






