Logo

ABŞ generalı: "Rusiya 2 həftə ərzində Ukraynanı işğal edəcək, Türkiyə açar rol oynayır"

ABŞ generalı: "Rusiya 2 həftə ərzində Ukraynanı işğal edəcək, Türkiyə açar rol oynayır"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ ordusunun keçmiş komandanı Ben Hodges Rusiyanın iki həftə ərzində Ukraynanı işğal edəcəyini deyib.

Sfera.az bildirir ki, bu barədə o, "CNN Türk”ə açıqlama verib. General ABŞ-ın Ukrayna böhranında Türkiyə ilə əməkdaşlıq etməli olduğunu vurğulayıb:

"Genişmiqyaslı hücum olacağını düşünmürəm. Qara dənizə və Azov dənizinə eniş olacağı gözləniləndir. Ümumiyyətlə isə Türkiyə regionun açarıdır. Bu ölkə indiyə qədər Qara dənizdəki, boğazlar üzərindəki gücü, bölgədəki hər kəslə əlaqələri ilə çox faydalı olub".

Türkiyənin yaxın aylarda kritik rol oynaya biləcəyini vurğulayan Hodges fikirlərinə bu cür davam edib:

"Türk əsgərləri NATO-nun ən qabaqcıl hərbi komandanlığına rəhbərlik edir. Məncə, çoxlarının bundan xəbəri yoxdur. İnsanlar Türkiyənin əhəmiyyətini görməlidir”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR