Ərdoğanın başına silah dayadılar - ŞOK
18:54 / 01.08.2016
1618
FETÖ-çülər 2013-cü il "17 və 25 dekabr” hadisələri zamanı Ərdoğanın oğlu Bilal Ərdoğana silah çəkib.
Publika.az xəbər verir ki, bu barədə keçmiş Avropa Birliyi naziri Egemen Bağış deyib.
E.Bağış həmin vaxt baş verən hadisələrlə bağlı heç bir yerdə yayımlanmayan faktları açıqlayıb.
"Xalq Bank iqtisadi böhran dövründə Türkiyəyə milyonlarla dollar pul qazandırdı. Amma bunlar "məktəbləri bağlanır” deyə intiqam almaq üçün 17 dekabrda həmin dövrdə Baş nazir olan Ərdoğan və 4 yol yoldaşına şər atdılar. Xalq Bankın rəhbəri həbsdə idi, bankla əlaqəsi olmayan 4 nazirə şər-böhtan atdılar. Bu qardaşınız də onlardan biridir. Rəsi (Ərdoğan) "Allah səbir edənlərlə bərabərdir, səbir edin” dedi. 25 dekabrda Türkiyənin ən böyük layihələrini həyata keçirənləri həbsə atmağa çalışdılar. 25 dekabr 2013-cü ildə Ərdoğanın oğlu Bilal Ərdoğana silah çəkdilər. Bunlar belə şərəfsizdirlər. Onlar elə xaindirlər ki, montajla, tələ ilə şəxsi həyatımızı da dağıtmağa çalışdılar. Bu, Amerika itləri bizim dəyərlərimizə dil uzatdı. Menderesi asan, Özalı zəhərləyən zehniyyətlə Ərdoğanı şəhid etmək üçün 40 xüsusi təyinatlı göndərən zehniyyət arasında heç bir fərq yoxdur”, - deyə o bildirib.
Qeyd edək ki, 2013-cü il 17-25 dekabr tarixlərində Fətullah Gülənə bağlı polislər Ərdoğanın oğlu haqda da həbs qərarı vermişdi. Lakin Ərdoğan əks-hücumla FETÖ-nün müəyyən hissəsini sıradan çıxardı. 15 iyul dövlət çevrilişinə cəhddən sonra isə Fətullah Gülən tərəfdarlarının təmizlənmə prosesində ikinci dalğa başlayıb.