Türkiyədə zəncirvari qəza oldu, yaralananlar var
Kateqoriya məlum deyil
Türkiyənin İstanbul şəhərində zəncirvari avtomobil qəzası baş verib.
Sfera.az xəbər verir ki, 9 avtomobilin toqquşduğu qəzada azı 5 nəfər xəsarət alıb.
Hadisə yerinə polis və xilasedicilər cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, qəza ilə əlaqədar bölgədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.






