Logo

ABŞ-ın xaricdə 175 min əsgəri var

ABŞ-ın xaricdə 175 min əsgəri var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Rusiya 175 min amerikalı əsgərin ABŞ hüdudlarından kənarda olmasından və NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasından narahatdır”.

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

O xatırladıb ki, Rusiya 2021-ci ilin sonunda ABŞ ilə müqavilənin və NATO ilə təhlükəsizlik təminatına dair sazişin layihələrini dərc edib.

Qeyd edək ki, Moskva xüsusilə Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru daha da genişlənməsindən, Ukrayna blokuna qoşulmaqdan və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edir. Təkliflərdə, həmçinin NATO-nun zərbə silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və Şərqi Avropadakı alyans qüvvələrinin 1997-ci ildəki mövqelərə çıxarılması ilə bağlı bənd də var. Daha sonra ABŞ və NATO Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə yazılı cavablar göndərib.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR