Blinkenlə fransalı nazir Qarabağı müzakirə etdilər
Kateqoriya məlum deyil
ABŞ dövlət katibi Entoni Blinkenlə Fransanın xarici işlər naziri Jan-İv Le Drianın telefon danışığı olub.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər telefon danışığında Qarabağ məsələsini müzakirə ediblər.
"Onlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağ münaqişəsindən irəli gələn və ya onunla bağlı məsələlərin həllində Ermənistan və Azərbaycana kömək etmək üzrə davam edən səylərini müzakirə ediblər”, - ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.






