Makron və Bayden telefonla danışdı
Kateqoriya məlum deyil
ABŞ və Fransa prezidentləri Co Baydenlə Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Sfera.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
Onlar Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər. Danışıqların detalları barədə əlavə məlumat verilməyib.
Telefon danışığı Fransa liderinin bu həftə Rusiya və Ukraynaya səfərindən sonra baş tutub.






