Rusiyada azərbaycanlı narkobarona 11 il həbs
Kateqoriya məlum deyil
Rusiyanın Voronej vilayətinin Povorinski rayon Məhkəməsi 29 yaşlı azərbaycanlı Eltun Əhmədovu 11 il azadlıqdan məhrum edib.
Sfera.az xəbər verir ki, Povorinski şəhərində yaşayan Əhmədov narkobaron kimi tanınırmış.
O, özü də narkotik maddələrdən istifadə edirmiş.
Əhmədov yerli sakinlərdən birinə marixuana satanda yaxalanıb. Onun kirayə qaldığı evdə külli miqdarda narkotik maddə tapılıb.
Eltun Əhmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.
(Lent.az)






