Logo

Rusiya 2022-ci ildə Ukraynanı işğal edəcək – Avropalılar NATO VƏ Aİ-ni müdafiəçi kimi görür

Rusiya 2022-ci ildə Ukraynanı işğal edəcək – Avropalılar NATO VƏ Aİ-ni müdafiəçi kimi görür
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa Xarici Əlaqələr Şurasının (ECFR) Finlandiya, Fransa, Almaniya, İtaliya, Polşa, Rumıniya və İsveçdə keçirdiyi və ümumilikdə 5529 nəfərin iştirak etdiyi onlayn sorğuda böyük əksəriyyətin Rusiyanın Ukraynanı işğal edəcəyini düşündüyü ortaya çıxıb.

Sfera.az xəbər verir ki, 2022-ci ildə ECFR-nin rəsmi saytında dərc edilən sorğuda avropalıların 2014-cü ildən fərqli olaraq Ukraynadakı gərginliyi "Avropa böhranı” kimi gördükləri bildirilib. Polşadan olan respondentlərin 73 faizi Rusiyanın bu il Ukraynanı işğal edəcəyini düşündüyünü bildirsə də, bu nisbət Rumıniyada yüzdə 64, İsveçdə yüzdə 55, Almaniyada yüzdə 52, Fransa və İtaliyada yüzdə 51, Finlandiyada yüzdə 44 olub.

Avropalıların yarıdan çoxu Rusiyanın Ukraynaya yanaşmasının ECFR-nin yeni araşdırmasının göstərdiyi kimi, bir neçə sahədə bütövlükdə Avropa üçün təhlükəsizliyə təhdid yaratdığı ilə razılaşır. Sorğuda ən çox diqqət çəkən sual Ukraynanı kimin müdafiə etməli olduğu olub. Respondentlərin əksəriyyəti NATO-nu Ukraynanı müdafiə etmək üçün ən yaxşı mövqeyə malik təşkilat kimi görür. Məqalədə Rusiyanın hərbi fəaliyyətinin avropalılar üçün "soyuq müharibə”ni canlandırdığı ifadə edilib:

"Rusiyanın işğalı təhlükəsi Qərbdə Soyuq Müharibə dövrünü canlandırdı. Nəticələr, həmçinin şərqi avropalıların təhlükəsizlik məsələsində ABŞ-ı yeganə etibarlı tərəfdaşı kimi gördükləri üçün Aİ-dən imtina etməyə hazır olduqları ilə bağlı populyar təsəvvürə də meydan oxudu. Əslində, Almaniyadan başqa sorğuda iştirak edən bütün ölkələrdə insanların əksəriyyəti hesab edir ki, həm NATO, həm də Aİ Rusiyanın təcavüzünə cavab verməlidir”,-deyə qeyd olunub.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR