Logo

Mövlud Çavuşoğlu "Taliban"ın xarici işlər naziri ilə danışdı

Mövlud Çavuşoğlu "Taliban"ın xarici işlər naziri ilə danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı müvəqqəti "Taliban” hökumətindən olan həmkarı Vekili Emirhan Muttaki ilə telefonla danışıb.

Sfera.az  "Haber Global”a istinadən xəbər verir ki, nazirlər Əfqanıstandakı durumu müzakirə ediblər.

Tərəflər, həmçinin ölkədəki aeroportların birgə işlədilməsi barədə müzakirə aparıblar.

Vekili Emirhan Muttaki koronavirusa yoluxmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana şəfa diləyib və Əfqanıstana göndərilən yardımlar üçün ona minnətdarlığını bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR