Logo

Somalidə silahlılar məscidə gələn şəxsləri atəşə tutdular

Somalidə silahlılar məscidə gələn şəxsləri atəşə tutdular
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şəxsiyyəti müəyyənləşdirilməmiş silahlılar ötən gecə Somalinin cənubunda məscidə hücum ediblər.

Sfera.az  TASS-a istinadən xəbər verir ki, hadisə Aşağı Şebelle regionunun Afqoye rayonunda baş verib. Məscidə daxil olan silahlılar orada olan şəxsləri atəşə tutublar. Hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hücumun səbəbi məlum deyil. Bu rayon son zamanlar tez-tez "Əş-Şəbab” qruplaşmasının hücumlarına məruz qalır. Ordu və təhlükəsizlik qüvvələri məscidin ətrafında axtarışa başlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR