Logo

Braziliya Prezidenti Putinlə görüşəcək

Braziliya Prezidenti Putinlə görüşəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Braziliya Prezidenti Jair Bolsonaro Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Sfera.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Braziliya Prezidenti fevralın 15-də Moskvaya gələcək.

O, fevralın 16-da rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Bolsonaro Putinlə görüşdən sonra Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə, daha sonra aqrobiznes, nüvə enerjisi, gübrə və qaz sahələrindən olan Rusiya və Braziliyadan olan iş adamları ilə birgə toplantıda iştirak edəcək.

Bildirilib ki, Bolsonaro ilə birlikdə Braziliyanın xarici işlər naziri, müdafiə naziri, ədliyyə naziri və kənd təsərrüfatı nazirinin Moskvaya uçması planlaşdırılır.

Braziliya Prezidenti deyib ki, o, Putinlə Ukrayna məsələsini müzakirə etməyəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR