İbrahim Kalın Ərdoğanın COVID testi barədə: “Bir neçə günə neqativ olacağı gözlənilir”
Kateqoriya məlum deyil
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Rusiya prezidenti Vladimir Putinin Ankaraya səfərinə hazırlıqların getdiyini, dəqiq tarixin bir qədər sonra məlum olacağını deyib.
Sfera.az xəbər verir ki, Kalın koronavirusa yoluxan ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın səhhətilə bağlı da açıqlama verib. "Həkimlərin proqnozlarına görə, bir neçə gün ərzində prezidentin COVID testinin neqativ olacağı gözlənlir”, - deyə Kalın bildirib.
Qeyd edək ki, bir müddət öncə prezidentin xanımı Əminə Ərdoğan da özü və həyat yoldaşının vəziyyəti barədə məlumat verib. O, hazırda səhhətlərinin yaxşı olduğunu bəyan edib.






