İrəvan qana boyanıb - Daha bir polis öldürüldü
20:30 / 30.07.2016
1679
İyulun 17-də İrəvanda Post-Patrul Xidməti Alayının (PPXA) kazarmasını ələ keçirmiş "Sasna tsrer" qruplaşmasının üzvləri polislə atışmaya başlayıblar.
Publika.az Qazeta.ru-ya istinadən bildirir ki, atışmada bir polis əməkdaşı həlak olub.
Həbsdəki müxalifətçi Jirayr Sefilyanın tərəfdarlarından ibarət olan "Sasna tsrer" qrupu təslim olmaq niyyətində deyil.
Ermənistanın Milli Təhlükəsizlik Xidməti qruplaşma üzvlərinə ultimatum verib. Onlara silahı yerə qoymaq və təslim olmaq təklif olunub. Əks təqdirdə MTX xəbərdarlıq edilmədən atəş açılacığını və PPXA binasında istənilən silahlı adamın zərərsizləşdiriləcəyini bildirib.