Logo

Notr-Damdakı yanğın haqda 30 milyonluq film çəkildi - VİDEO

Notr-Damdakı yanğın haqda 30 milyonluq film çəkildi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Fransalı kinorejissor Jan-Jak Annonun 2019-cu ilin aprelində Paris Notr-Dam kilsəsində baş vermiş yanğına həsr olunmuş "Notr-Dam yanır” (Notre-Dame Br le) filmi martın 16-da təqdim olunacaq.

Bu barədə BFMTV telekanalı məlumat yayıb.

Qeyd olunur ki, ekran işinin büdcəsi 30 milyon avro (57 557 580,00 AZN) təşkil edib. Filmdə Samel Labart və Ceremi Laert kimi məşhur aktyorlar çəkilib.

Rejissorun sözlərinə görə, filmdə Parisin mərkəzində baş vermiş dağıdıcı yanğının xronologiyası ətraflı şəkildə canlandırılıb. Ekran işinin 5 %-ni sənədli kadrlar tutur. Çəkilişlər əsasən real tikililərdə, xüsusən də Burj kafedralında aparılıb.

"Biz əsl yanğın törətmişik, çünki kompüter qrafikasından istifadə effekti aşağı salır”, - Jan-Jak Anno qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR