Rusiyalı səfir Çavuşoğlu ilə görüşdü
Kateqoriya məlum deyil
Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlu ilə görüşüb.
Sfera.az xəbər verir ki, bu barədə diplomatik missiyanın məlumatında deyilir. Bildirilir ki, görüş zamanı tərəflər bir sıra beynəlxalq və ikitərəfli məsələləri müzakirə ediblər.
Bu arada, fevralın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri və orada ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlar aparması planlaşdırılır.






