Britaniya XİN başçısı koronavirusa yoluxdu
Kateqoriya məlum deyil
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass koronavirusa yoluxub.
Sfera.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
Nazir bildirib ki, COVID-19-la bağlı test verib və nəticə müsbət olub. O deyib ki, koronavirusa qarşı üç dozanı artıq qəbul edib. Liz Trrass vəzifəsinin icrasını evdən davam etdirəcək.
Xatırladaq ki, o, fevralın 1-də Krallığın Baş naziri Boris Consonla Ukraynaya səfər etməli idi.






