Yaponiyanın "F-15" qırıcısının qalıqları tapıldı
Kateqoriya məlum deyil
Yapon dənizində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Yaponiya Özünümüdafiə Qüvvələrinə məxsus "F-15” qırıcısının qalıqları tapılıb.
Sfera.az xəbər verir ki, bu barədə "Kyodo” agentliyi məlumat yayıb.
Bildirilib ki, qırıcıdakı iki pilotun axtarışı davam edir.
Qeyd edək ki, Yaponiyanın Özünümüdafiə Qüvvələrinə məxsus "F-15" qırıcısı yanvarın 31-də İsikava bölgəsində, Yapon dənizi sahillərində uçuş zamanı radardan itib.






