Ərdoğan hökumətdə dəyişikliklərin anonsunu verdi
Kateqoriya məlum deyil
Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan ədliyyə nazirinin dəyişməsinə münasibət bildirib.
Sfera.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin
iclasından sonra çıxış edən Ərdoğan bildirib ki, bundan sonra da lazım olduğu
halda yeni dəyişikliklər ola bilər.
"Hər xidmət kimi kabinetdəki dəyişikliklər də bir
bayraq yarışıdır”, - Ərdoğan vurğulayıb.
Xatırladaq ki, ədliyyə naziri Əbdülhəmit Gülün
yerinə Bəkir Bozdağ təyin olunub.






