Logo

Almaniyada polisə atəş açıldı, iki nəfər öldü

Almaniyada polisə atəş açıldı, iki nəfər öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniyanın qərbində yerləşən Kusel rayonunda iki polis əməkdaşı güllələnib.

Sfera.az  "TRT Haber”ə istinadən bildirir ki, hadisə polis əməkdaşlarının post-patrul xidmətində olduğu zaman baş verib.

Atışma səhər saat 04:20 radələrində Kreisstrasse 22 ünvanında qeydə alınıb. Nəticədə 29 yaşlı (kişi) və 24 yaşlı (qadın) polis əməkdaşları aldıqları güllə yaralarından həlak olublar.

Hadisəni törədən şəxs qaçıb. Onun tutulması üçün əməliyyat-axtarış tədbirləri görülür.

Polisdən bildirilib ki, atəş açan şəxslərin sayı, istifadə etdikləri avtomobilin təsviri və qaçdıqları istiqamət məlum deyil.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR