Meksikada mikroavtobus qəzası nəticəsində 13 nəfər öldü
Kateqoriya məlum deyil
Meksikanın Halisko ştatında sərnişinləri daşıyan mikroavtobus şossedə aşıb, nəticədə 13 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Sfera.az xəbər verir ki, bu barədə ştatın mülki müdafiə xidməti tviterdə bildirib.
"Leon-Aquaskalyentes magistralında baş vermiş qəzada xilasetmə işləri və həlak olanların təxliyyəsi başa çatıb. 8 kişi və 4 qadın, o cümlədən 2 azyaşlı hadisə yerində ölüb, daha 1 nəfər xəstəxanada vəfat edib, 10 nəfər yaralanıb", - xilasdicilərin bloqundakı yazıda bildirilir.
Qəzaya Mexiko ştatının Toluka şəhərindən Xalisko ştatının San-Xuan-de-los-Laqos şəhərinə gedən furqonun sürücüsünün idarəetməni itirməsi səbəb olub, nəticədə avtomobil sürüşərək aşıb.






