ABŞ-da güclü qar: şəhərlərarası əlaqə kəsildi - Xəbərdarlıq
Kateqoriya məlum deyil
Bu gün ABŞ-ın şərq sahillərində güclü qar və külək səbəbindən 3500-dən çox aviareys təxirə salınıb.
Sfera.az xəbər verir ki, təbii fəlakət Cənubi və Şimali Karolina bölgəsində yaranıb və Atlantik okeanı sahilləri ilə şimala - Delaver, Nyu Cersi və Nyu Yorkdan keçərək Yeni İngiltərə ştatına doğru irəliləyir.
Bildirilib ki, Massaçusetsdə 79 mindən çox, Delaverdə isə təxminən 4 min istehlakçı elektriksiz qalıb.
Yerüstü rabitə də pozulub. Belə ki, Amtrak milli dəmir yolu sərnişin korporasiyası pis hava şəraiti səbəbindən Nyu York, Vaşinqton, Boston və Çikaqo arasında əlaqəni dayandırıb. Şəhərlərarası avtobus şirkətləri də reysləri ləğv ediblər.
Yerli hakimiyyət hər kəsi evdə qalmağa və müvəqqəti olaraq səyahətləri dayandırmağa çağırıb.






