Logo

Sergey Lavrov Çinə gedir

Sergey Lavrov Çinə gedir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 3-də Çinə səfər edəcək.

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin informasiya və nəşriyyatı direktorunun müavini Aleksey Zaysev bildirib.

Məlumata görə, o, Çinin xarici işlər naziri Van İ ilə görüşəcək. S.Lavrov çinli həmkarı ilə Rusiya və Çin liderlərinin Zirvə toplantısına hazırlığı müzakirə edəcək.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin fevralın 4-də Pekinə səfəri planlaşdırılıb. O, Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının açılışı mərasiminə qatılacaq, Çin lideri Si Cinpinlə görüşəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR