Logo

Ukraynada əsgər xidmət yoldaşlarını güllələdi - 4 ölü, 1 yaralı

Ukraynada əsgər xidmət yoldaşlarını güllələdi - 4 ölü, 1 yaralı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynanın Dnepr şəhərində yerləşən hərbi hissələrin birində hərbi qulluqçu xidmət yoldaşlarına atəş açıb.

Sfera.az  "İnformator” nəşrinə istinadən xəbər verir ki, insident Bakı vaxtı ilə təqribən 06:00-da baş verib.

20 yaşlı əsgər silah saxlanılan otaqdan avtomat və patron götürdükdən sonra xidmət yoldaşlarını güllələyib. Nəticədə, 4 hərbçi ölüb, daha 1-i yaralanıb. Həmin an ərazidə 22 nəfər olub. Adı açıqlanmayan əsgər hadisə yerindən qaçıb. Hazırda hərbi hissənin ərazisi mühasirəyə alınıb.

İnsidentin səbəbi hələ açıqlanmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR