Fətullah Gülənin qadın qohumu saxlanıldı - Üzərindən 10 mənzilin açarı tapıldı
Türkiyənin İzmit şəhərində Fəthullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənin qohumu saxlanılıb.
Sfera.az report-a istinadən bildirir ki, Kocaeli Şəhər Polis İdarəsinin ölkədə dövlət çevrilişi cəhdindən sonra keçirdiyi əməliyyat nəticəsində "Gülən camaatı" içərisində "bacı" kimi tanınan şəxs rəhbəri olduğu və tələbələrin qaldığı evləri tərk edərkən yaxalanıb. Onunla birlikdə daha bir qadın saxlanılıb. Hər iki şəxsin yalnız ad və soyadlarının baş hərfləri açıqlanıb.
Məlumatda onların hər bir tələbədən 350 TL aldıqları və üzərlərində də 10 mənzilin açarının tapıldığı bildirilib. Eyni zamanda, evlərdə 4-6 qız tələbənin qaldığı, hər mənzilə bir ad verildiyi, müəllimlərin adlarla kodlanan evlərə tələbələri istiqamətləndirdiyi müəyyən edilib.
Kocaeli Şəhər Polis İdarəsinə götürülən hər iki şəxs istintaq tədbirləri başa çatdıqdan sonra məhkəməyə çıxarılacaq.