Logo

Armen Sarkisyanın xarici ölkə vətəndaşlığı məsələsi araşdırılır

Armen Sarkisyanın xarici ölkə vətəndaşlığı məsələsi araşdırılır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) ölkənin yenicə istefa vermiş Prezidenti Armen Sarkisyanın ölkə prezidenti seçilənə qədər Sent-Kits və Nevis vətəndaşlığının olub-olmamasını araşdırır.

Sfera.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hələ 2021-ci ilin aprel ayında Armen Sarkisyanın xarici ölkə vətəndaşlığının olması ilə bağlı iş başlanılıb. Ölkənin Baş prokurorluğu bu iş çərçivəsində MTX-yə "Hetq” nəşrində yayılan məlumatı yoxlamağı tapşırıb.

"Hetq.am” isə yazır ki, Armen Sarkisyan prezident seçilənə qədər Sent-Kits və Nevis dövlətinin vətəndaşlığına malik olub. Bu səbəbdən də, onun prezident seçilmək hüququ olmayıb.

Qeyd edək ki, Ermənistan Konstitusiyasına əsasən, prezident seçilməzdən 6 il əvvəl Ermənistan vətəndaşı olan şəxs prezident seçilə bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR