Qazaxıstan qaranlığa qərq oldu - Nə baş verir?
Təbii qazın qiymət artımı ilə bağlı küçələrində iğtişaşların yaşandığı Qazaxıstan indi də qaranlığa qərq olub.
Sfera.az bildirir ki, sözügedən ölkədə elektrik şəbəkələrində yaranan nasazlıq səbəbindən gərginlik enməyə başlayıb və ardınca cənub əyalətlərində, xüsusilə Almatıda elektrik enerjisi tamamilə kəsilib. Dünəndən etibarən kəsilən elektrik enerjisinin bərpası üçün işlərə başlanıldığı qeyd edilsə də, ölkədə banklar, fabriklər, ticarət mərkəzləri işləmir və bir çox sahədə istehsalın dayandığı açıqlanıb.
Məlumata görə, eyni xətt üzrə elektrik enerjisi alan Qırğızıstan və Özbəkistan da bu hadisədən zərər çəkib. Belə ki, Qırğızıstanın paytaxtı Bişkek və ikinci böyük şəhəri Oşda elektrik enerjisi kəsilib. Həmçinin bir çox şəhərdə internet bağlantılarında nasazlıq yaranıb, istehsal və xidmət sektorlarında fasilələr olub. Oxşar vəziyyət Özbəkistanda da müşahidə edilib
Günay Rəsulqızı
Sfera.az






