“ABŞ Rusiya ilə Ukrayna arasındakı gərginliyi artırır” - Kreml
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Rusiya ilə Ukrayna arasındakı gərginliklə bağlı Moskvada jurnalistlərə açıqlama verərkən deyib.
"Gərginliyin ABŞ və NATO-nun məlumatları və konkret hərəkətləri ilə artdığına diqqət çəkmək istəyirik. Burada şahidi olduğumuz informasiya isterikasını nəzərdə tuturam. Bu isterika böyük yalan məlumatlarla çərçivələnib”, - Peskov deyib.
Peskov NATO-nun verdiyi açıqlamaların dostcasına olmadığını qeyd edib:
"Biz NATO-nun şərq cinahında hərbi qüvvələrini və maşınlarını artırmaqla bağlı bəyanatlarını eşidirik. Bütün bunlar gərginliyin artmasına səbəb olur. Bunlar Rusiyaya görə deyil, NATO və ABŞ-ın yaydıqları məlumatlara görə baş verir. Sərhədlərimizə yaxın bu cür hərəkətlər və NATO-nun fəaliyyətinin artması ölkəmizin təhlükəsizliyinə zərər verir və bu ordumuz tərəfindən gözardı edilə bilməz”.






