Ermənistan Prezidenti vəzifəli şəxsi işdən çıxardı
Kateqoriya məlum deyil
Ermənistanın istefa vermiş Prezidenti Armen Sarkisyan administrasiyasının rəhbəri Emil Tarasyanı vəzifəsindən azad edib.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan liderinin saytı xəbər verib.
"Emil Tarasyan Ermənistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri vəzifəsindən azad edilsin", - dövlət başçısının saytında yerləşdirilən sərəncamda deyilir.
Qeyd edək ki, Ermənistan Prezidenti Armen Sarkisyan bu gün istefa verdiyini açıqlayıb. O, buna əsas səbəb kimi dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verməyən lazımi səlahiyyətlərin olmadığını göstərib.
(report)






