Logo

İran Türkiyəyə qaz tədarükünü bərpa etdi

İran Türkiyəyə qaz tədarükünü bərpa etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İranın Milli Qaz Şirkəti Türkiyəyə qaz nəqlinin bərpa olunduğunu açıqlayıb. Bu barədə "Shana" xəbər agentliyi məlumat yayıb.

Sfera.az xəbər verir ki, yanvarın 19-da yaranan və bununla əlaqədar qazın 10 gün müddətinə dayandırılmasına qərar verilən texniki nasazlıqlar aradan qaldırılıb.

Qeyd olunur ki, yanvarın 17-də İrandan Türkiyəyə qaz nəqli gündəlik müqavilə həcminin üçdə birinə endirilib.

İran Tengiz-Ankara qaz kəməri ilə Türkiyəyə orta hesabla ildə 10 milyard kubmetr qaz verir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR