Türkiyədə qara görə 49 uçuş ləğv edildi
Kateqoriya məlum deyil
Türkiyə Hava Yolları bir sıra uçuşların ləğvi barədə qərar qəbul edib.
Sfera.az DHA-ya istinadən xəbər verir ki, bu, İstanbulda gözlənən qarşı hava şəraiti ilə əlaqədardır.
Bildirilib ki, Sabiha Gökçen hava limanından sabah üçün planlaşdırılan 49 uçuş təxirə salınıb. Bunlardan səkkizi beynəlxalq, 41-i isə daxili uçuşdur.






