Logo

"Rusiya Türkiyənin təklifini müzakirə etməyib" - Peskov

"Rusiya Türkiyənin təklifini müzakirə etməyib" - Peskov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Ankaranın prezidentlər Vladimir Putin və Vladimir Zelenski arasında Türkiyədə danışıqların keçirilməsi təklifi hələlik rəsmi səviyyədə müzakirə olunmayıb”.

Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, Moskva Ukrayna ətrafında vəziyyətin nizamlanmasına yönəlmiş istənilən səyləri alqışlayır. Peskov, belə təkliflərin yalnız Ankaradan eşidildiyini xüsusilə vurğulayıb.

Rusiya rəsmisi əlavə edib ki, Kreml Türkiyənin tanınmamış Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LXR) nümayəndələrini danışıqlara dəvət etmək istəyinə çox müsbət yanaşır: "Bu kontekstdə ukraynalı rəqiblərimizin buna diqqət yetirib-göstərmədiyini və bu barədə nə hiss etdiyini bilmək maraqlı olardı”.

Kreml sözçünün açıqlamasına görə, Putinin gündəliyində hələlik Ərdoğanla hər hansı görüşün keçirilməsi yoxdur. Lakin rəsmi şəxs bildirib ki, lazım gələrsə, telefon danışıqlarının keçirilməsini razılaşdırmaq olar.

Qeyd edək ki, yanvarın 19-da Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bəyan edib ki, Ərdoğan Rusiya və Ukrayna prezidentlərini ölkələr arasında yaranmış ziddiyyətləri müzakirə etmək üçün danışıqlara dəvət edir. Bundan əvvəl Türkiyə prezidenti Rusiyanın Ukraynaya hücum ehtimalını qeyri-real adlandırıb. Onun sözlərinə görə, bu, dünyadakı vəziyyətə və ölkənin siyasətinə ziddir.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR