Logo

Ermənistan ilkin şərt irəli sürmədən demarkasiyaya hazırdır

Ermənistan ilkin şərt irəli sürmədən demarkasiyaya hazırdır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Ermənistan dövlət sərhədinin demarkasiyası prosesinə başlamaq üçün Azərbaycana ilkin şərt irəli sürmədən həyata keçirilməsinə hazırdır”.

Sfera.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirib.

"Sərhədin demarkasiyasına dair Ermənistan ilkin şərt irəli sürmür. Söhbət razılaşmalardan gedir. Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistan Baş nazirinin ötən il noyabrın 26-da verdikləri bəyanatda qeyd olunur ki, tərəflər Ermənistan – Azərbaycan sərhədi boyu sabitləşmə və təhlükəsizliyi gücləndirmək istiqamətində addımlar atmaq, delimitasiya və demarkasiyaya dair üçtərəfli komissiya yaratmaq üçün çalışmaqla bağlı razılığa gəliblər”, - Hunanyan deyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR