Logo

Bu gün Lavrovla Abdullahian arasında görüş olacaq

Bu gün Lavrovla Abdullahian arasında görüş olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında görüş olacaq”.

Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, nazirlər ikitərəfli qarşılıqlı əlaqələri müzakirə edəcəklər: "Həmçinin bir sıra aktual beynəlxalq mövzular, xüsusilə də İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası üzrə Vyanada aparılan danışıqlar prosesi ətrafında yaranmış vəziyyət və ayrı-ayrı regional mövzular üzrə fikir mübadiləsi aparılacaq”.

Qeyd edək ki, görüş İran Prezidenti İbrahim Rəisinin Moskvaya səfəri çərçivəsində baş tutacaq. Dövlət başçısının Rusiyaya rəsmi səfəri yanvarın 19-da başlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR