Logo

Nazarbayevin öldüyünü iddia edən Jirinovskidən yeni - AÇIQLAMA

Nazarbayevin öldüyünü iddia edən Jirinovskidən yeni - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin öldüyünü iddia edən LDPR lideri Vladimir Jirinovski Elbasının etirazlardan sonra ilk dəfə görünməsinə münasibət bildirib.

Sfera.az xəbər verir ki, Jirinovski bildirib:

"Biz şadıq ki, Nursultan Abişeviç sağdır və ümid edirik ki, sağlamdır. Amma o, Qazaxıstandakı aktiv hadisələrdən 10 gün sonra müraciət edib. Niyə tez müraciət etmədi? Axı o, çox nüfuzlu şəxsdir, hakim Nur Otan partiyasının lideridir, onun üzvlərindən küçəyə çıxıb asayişi bərpa etməyi xahiş edə bilərdi. Amma yanvarın 2-dən o, gözləyir. Nəyi gözləyirdi? Aydın bir mənzərə yaranması üçün? Qalibin yanında olmaq üçün?". Onun sözlərinə görə, Nazarbayev iğtişaşlar zamanı kənarda durmaq və onlar bitdikdən sonra qalibə qoşulmaq istəyib.

Xatırladaq ki, Jirinovski yanvarın 15-də çıxışında Nazarbayevin "çoxdan öldüyünü" bildirmişdi.

(Qafqazinfo)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR