Logo

Qazaxıstan səfirliyi: "Nazarbayev BƏƏ-də deyil"

Qazaxıstan səfirliyi: "Nazarbayev BƏƏ-də deyil"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qazaxıstanın Birləşmiş Ərəb Əmirliyindəki (BƏƏ) səfirliyi keçmiş prezident Nursultan Nazarbayevin BƏƏ-də olması ilə bağlı şayiələrə cavab verib.

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, Qazaxıstan səfirliyi Nazarbayevin BƏƏ-də olması ilə bağlı məlumatı təsdiqləməyib. "Onun mətbuat katibinin verdiyi son məlumata görə, Nazarbayev Qazaxıstandadır”, – deyə səfirliyin sözçüsü bildirib.

Qeyd edək ki, yanvarın 2-də Nazarbayevin doğulduğu Şamalgan kəndinə gəldiyi, daha sonra maşınla Qırğızıstana getdiyi və oradan da BƏƏ-yə uçduğu haqqında məlumat yayılıb.

Nursultan Nazarbayev dekabrın 28-dən bəri ictimaiyyət qarşısına çıxmayıb. O, yanvarın əvvəlində Qazaxıstanı bürümüş kütləvi etirazlar və iğtişaşlar zamanı bir dənə də olsun açıqlama verməyib. Qazaxıstanda baş verən proseslər zəminində Nazarbayevin bir neçə qohumu vəzifəsini itirib.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR