Logo

İndoneziyanın yeni paytaxtının adı AÇIQLANDI

İndoneziyanın yeni paytaxtının adı AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İndoneziyanın Kalimantan adasının cənub-şərqində salınacaq yeni paytaxtının adı Nusantara olacaq.

Sfera.az xəbər verir ki, bunu ölkənin milli inkişaf planlaşdırması naziri Suharso Monoarfa hökumətin iclasında deyib.

Nusantara İndoneziya dilində "arxipelaq" mənasını verir.

Qeyd edək ki, İndoneziyanın paytaxtının Cakartadan köçürülməsi barədə qərar 2019-cu ildə prezident Coko Vidodo tərəfindən verilmişdi.

Yeni paytaxtın salınması üçün 32 milyard dollara yaxın vəsait ayrılıb. Lakin koronavirus pandemiyası ilə əlaqədar işlər təxirə salınmışdı.

Layihənin icrasının iki ildən sonra bərpa olunması planlaşdırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR