Logo

Almatıdakı iğtişaşların 70-dən çox iştirakçısının cəzası azaldıldı

Almatıdakı iğtişaşların 70-dən çox iştirakçısının cəzası azaldıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qazaxıstanın Almatı şəhərində iğtişaşlarda iştirak edən 70-dən çox insan üçün inzibati cəzalar yüngülləşdirilib.

Sfera.az  xəbər verir ki, şəhərin prokuroru Berik Juyriktayev bildirib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev cümə günü respublikanın Baş Prokurorluğuna kütləvi iğtişaşlar zamanı və respublikada fövqəladə vəziyyət tətbiq edildikdən sonra saxlanılan vətəndaşların cəzasını ağırlaşdıran hallar olmadığı halda yüngülləşdirməyi tapşırıb.

"Prokurorlar tərəfindən Prezidentin ağırlaşdırıcı halları olmayan şəxslərin cəzasının yüngülləşdirilməsi ilə bağlı tapşırıqlarının icrası istiqamətində tədbirlər görülür. Burada hər bir qanun pozucusuna münasibət fərdidir. Törədilən hüquq pozuntusunun xarakteri və ağırlığı qiymətləndirilir. Bütün bunları nəzərə alaraq, Şəhər Prokurorluğu 71 nəfər haqqında inzibati cəzaları yumşaldıb, 91 nəfəri müvəqqəti saxlama yerlərindən azad etdik”, - deyə, bazar günü televiziyada yayımlanan açıqlama ilə çıxış edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR