\"Baş qərargah rəisini girov saxlayanda ona deyiblər ki...\" - Binəli Yıldırım

\
Türkiyə ilə ABŞ tarixi dostluğa sahibdir. Buna görə də Amerikanın FETÖ-nün lideri Fətullah Gülənin arxasında dayanacağına inanmıram.
 

Sfera.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə Türkiyə baş naziri Binəli Yıldırım "The Guardian" qəzetinə müsahibəsində deyib.

"Bunun millətə qarşı bir çevriliş cəhdi olduğunun fərqinə vardıq və milləti öz gələcəyinə və ölkənin gələcəyinə sahib çıxmağa çağırdıq. Bu hücumu təşkil edənlər əsgər uniforması geyinənlər oldu. Bunlar dərhal danışaraq olub-bitənləri etiraf etdilər. İlk ifadələrdən gəldiyimiz nəticəyə görə bu, çox uzun zamandır planlaşdırılan bir çevriliş cəhdiydi. Baş qərargah rəisini qaçırıb girov saxladıqları zaman da ona bildiriblər ki, Fətullah Gülənlə telefon əlaqəsi saxlaya bilərlər və o da bu hərəkata qoşula bilər", - deyə Binəli Yıldırım müsahibəsində qeyd edib.

Baş nazir bu hadisədə Türkiyəni qınayanlara da münasibət bildirib: "Həmin şəxslər hadisə zamanı terrorçu kimi davrandılar. Vətəndaşların üstünə tank sürüb öldürdülər, Nazirlər Kabineti və Türkiyə Böyük Məclisi kimi binaları bombaladılar. Bunlara qarşı necə tədbir görməliyik? "Yaxşı edirsiniz, xoş gəldiniz" deməliyik? Mövqeyimiz beləmi olmalıdır? Ölkəmizi tənqid edənlər bizim nə etməyimizi gözləyir?"

B.Yıldırım Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsinə də toxunub: "Gülən ABŞ-da yaşadığına görə əksər insanlar "Görəsən, bu işdə ABŞ-ın əli varmı və ya bu hadisəni Amerika təşkil edib?" kimi suallara cavab axtarır. Türkiyə və ABŞ çox uzun keçmişə malik dostluğa sahibdir. Müttəfiq və strateji ortaqdır. Amerikanın bu terror təşkilatının arxasında dayanacağına inanmıram".


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...