Logo

Ərdoğandan Avropa Birliyi açıqlaması

Ərdoğandan Avropa Birliyi açıqlaması
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin səfirləri ilə görüşdən sonra mətbuata bır sıra açıqlamalar verib.

O bildirib ki, ölkə Avropa İttifaqına tamhüquqlu üzv olmaq niyyətindədir. Lakin proseslə bağlı danışıqları təxirə salmaq üçün addımlar atılır.

"Türkiyə, əvvəllər olduğu kimi, Aİ-yə tamhüquqlu üzv olmağı hədəfləyir. Mən ayrı-ayrı ölkələrin Avropa İttifaqı daxilində "həmrəyliyin” təmin edilməsi bəhanəsi ilə Ankara ilə Aİ arasında dialoqu sabotaj etmək cəhdlərinə imkan verməməyə çağırıram”, - deyə Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, onun dövləti "Aİ ölkələrinin bu gün üzləşdiyi problemlərin həlli üçün açardır”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR